Hillari Klintona qarşı ittiham irəli sürməyəcək

7-07-2016, 17:12
261

Hillari Klintona qarşı ittiham irəli sürməyəcəkQalmaqallı "elektron poçt" işi üzrə sabiq dövlət katibi, Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klintona qarşı heç bir ittiham irəli sürülməyəcək.

Bunu ABŞ baş prokuroru Loretta Linç bəyan edib.
 
"Federal Təhqiqatlar Bürosunun təqdim etdiyi istintaq materialları ilə tanış olduqdan sonra deyə bilərəm ki,  bu işlə bağlı hər hansı şəxsə qarşı ittiham irəli sürülməyəcək", deyə L.Linç bildirib.
 
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Hillari Klinton barəsində bir müddət əvvəl başlanan "elektron poçt" işi üzrə istintaqı ötən gün başa çatdıraraq qeyd olunan  məsələ ilə bağlı bütün iddialar yersiz olduğunu bəyan edib.
 
İddiaya əsasən,  Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.
 
Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən "elektron poçt işi" üzrə 3,5 saat dindirilib.

   //APA