Ramazan bayramında terror həyacanı

30-06-2016, 12:22
237

Ramazan bayramında terror həyacanıABŞ Xüsusi Xidmət Orqanları 2-5 iyul tarixlərində ölkə aeroportlarında terror təhlükəsi təbili çalıb. Bu günlərdə müsəlmanların Ramazan bayramını qeyd edəcəyini və Amerikada 4 iyul İstiqlaliyyət gününün keçirilməsi fikri səsləndirməyə əsas verib.

Mühafizə orqanları ölkə ərazisindəki hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Ötən gün İstanbulda baş verən faciənin təkrarlanmasını istəməyən ABŞ hökuməti terrorla mübarizədə ayıq-sayıqlıq göstərib.

Mənbənin bildirdiyinə görə, Xüsusi Xidmət Orqanları İŞİD silahlılarının 2-5 iyul tarixlərində hansısa təxribat hadisəsi törətmək ehtimalını yüksək qiymətləndirib. ABŞ-ın böyük ştatları ilə yanaşı şəhərlərində də hüquq mühafizə orqanları patrul əməkdaşlarını artırıb.Xüsusi Xidmət Orqanları ilk növbədə kadrların çatışmazlığından nigaran olduğunu, daha artıq təlim görmüş itlərə ehtiyac olduğunu bildirib. Onların sözünə görə, avtomobillərin müvəqqəti park meydançaları potensial təxribat nöqtələridir və daha çox təftiş olunmaqlarına ehtiyac var.

Federal Aviasiya İdarəsinin bildirdiyinə görə, İstanbuldan ABŞ-ə edilən bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb. Atatürk hava limanında baş vermiş faciə səbəbindən təhlükəsizlik addımları atılıb. Nyu-York və Nyu-Cersi şəhərlərində yerləşən Kennedi, La-Quardia, Nyuark-Liberti aeroportlarında xüsusi silahlı polis patrullarının sayı artırılıb.

   //ANS Press