Onlarla insanın həyatını xilas edən türk polisi müalicə aldığı xəstəxanada Türk hava yollarının rəhbəri İlker Aycı ziyarət edib.
Ziyarəti ilə bağlı Aycı polisin ona dediklərini danışıb.
"Hadisə zamanı, o (terrorçu - red.) atəş açaraq gəlirdi. İlk cəhdimdə onu vurmağı bacardım. Atışmada yaralandığımı hiss etməmişəm", - qəhrəman polis terrorçunu necə zərərsizləşdirdiyini deyib.
İlker Aycının sözlərinə görə, əgər polis vaxtında vurmasaydı ölü sayı daha çox olacaq idi. Çünkü terrorçu əlindəki avtomat ilə insanlara atəş açaraq onlara yaxınlaşaraq özünü partlatmaq istəyib. Polisin çevikliyinin köməyi ilə bu onda alınmayıb.
Ötən gecə İstanbulda Atatürk hava limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.
//ANS Press
Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO
"Tamaşaçılar kombinezonumu cırdılar" - VİDEO
“Torpaq yemək istəyirəm”
"Sizinlə eyni cəmiyyətdə yaşadığıma UTANIRAM" - VİDEO
"Oğluma fəxri ad versinlər" - FOTO
Nəsrinin serialı bu tarixdə final edir
51 yaşlı Sofiya Verqaradan gözəllik SİRLƏRİ
Avro-2024 il bağlı mühüm dəyişiklik edildi
Günün qoroskopu: Sizinlə çalışmaq, maraqlandığınız layihələri reallaşdırmağa hazır insanları tapın
İlham Əliyevin ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
“Baku Open - 2024” keçiriləcək
Bu yolda sürət həddi endirildi
"Təranə kukla kimi arvaddır, amma heyf ki..."
2 milyon manat mənimsəyən hərbçi həbs olundu
İtkin düşən hamilə qadının meyiti tapıldı