«Azadlıq ada»sında biznes başlanır

25-05-2016, 16:19
199

«Azadlıq ada»sında biznes başlanırKuba kiçik və orta özəl şirkətlərin fəaliyyətini qanuniləşdirmək niyyətindədir. Bu addım adada qanuni əsaslarla fəaliyyət göstərən özəl sektorun genişləndirilməsinə hesablanıb.

Kuba Kommunist Partiyasının dərc edilmiş təkliflərinə  əsasən, müvafiq sahibkarlıq fəaliyyəti ilə hər hansı bir işçi və onun ailə üzvləri, həmçinin, kiçik və orta müəssisə anlamına uyğun gələn özəl müəssisələr məşğul ola biləcəklər.  
Təklifin yerli parlament tərəfindən təsdiqlənməsi gözlənilir.
 
Bu ilin mart ayına olan məlumata əsasən, Kubada 507 min fərdi sahibkar qeydiyyata alınıb.
 
Bununla belə, Kuba Kommunist Partiyasının dərc edilmiş sənədlərdə qeyd olunur ki, adada fəaliyyət göstərən dövlət müəssisələri biznesin əsas subyektləri olaraq qalmaqdadır. Məhz onlar hərbi sənaye, təhsil və səhiyyə kimi strateji sahələrdə istehsalata görə məsuliyyət daşıyırlar.  

   //APA