Ankaranı partlatmaq üçün 10 kamikadze göndərilib

26-04-2016, 17:11
247

Ankaranı partlatmaq üçün 10 kamikadze göndərilibİŞİD terror təşkilatının üzvü olan 10 kamikadze terror hücumları üçün Qaziantepdən yola çıxıb.

Bu haqda kəşfiyyat məlumatlarına istinad edən Türkiyənin "Yeniçağ" qəzetinin yazarı Əhməd Takan deyib.
 
Onun sözlərinə görə, qanlı terror təşkilatının hədəfi yalnız Kilis deyil: "Paytaxt Ankarada davam edən fövqəladə təhlükəsizlik tədbirlərinə baxmayaraq, İŞİD yeni terror aktları üçün 10 kamikadzeni Qaziantepdən göndərib. Kəşfiyyat məlumatına görə, İŞİD-in əsas hədəfi ABŞ səfirliyi və ABŞ-la əlaqəli olan digər qurumlar olacaq".
 
Takanın paylaşdığı sözügedən kəşfiyyat məlumatının doğru olub-olmadığı və məlumatın Ankarada dünən baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən təhlükəsizlik toplantısında gündəmə gəlib-gəlmədiyi məlum deyil.

   //publika.az