Ekvadorda zəlzələ qurbanlarının sayı 233-ə çatdı

17-04-2016, 21:42
350

Ekvadorda zəlzələ qurbanlarının sayı 233-ə çatdıEkvadorda baş verən zəlzələ qurbanlarının sayı 233-ə çatıb. Bu barədə Ekvador prezidenti Rafael Korrea "Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

Ekvadorun şimal-qərb hissəsində Rixter cədvəli ilə 7.8  bal gücündə baş verən  zəlzələ  nəticəsində ölən və yaralananların syı durmaadan artır.

Təbii fəlakət episentri Muisne şəhərində 20 kilometrt dərinlikdə qeydə alınıb.

Zəlzələ, eyni zamanda, paytaxt Kitoya da təsir edib. Yeraltı təkanlar binalara zərər vurub. Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi tsunami təhlükəsi barədə xəbərdarlıq edib.

Seysmik zonada yerləşən Ekvadorda güclü zəlzələlər tez-tez baş verir. Məsələn 2014-cü ildə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 5 nəfər ölüb, 18 nəfər yaralanmışdı.


Daha əvvəl Yaponiyada iki güclü zəlzələ olub. Birinci zəlzələ aprelin 14-də baş verib. Bu zəlzələ nəticəsində 3 nəfər ölüb, xeyli bina zədələnib.

İkinci güclü zəlzələ isə aprelin 15-də olub. 7,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb, 2000-ə yaxın insan isə xəsarət alıb. Dağıntılar altında xeyli insan qaldığına görə, ölənlərin sayının artacağı bildirilir.

   //ANS Press