Rusiyada hərbi hospitalda 2 tibb bacısı öldürüldü

12-04-2016, 15:42
536

Rusiyada hərbi hospitalda 2 tibb bacısı öldürüldüBu gecə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi hospitalın psixiatriya bölməsinin 2 tibb bacısı qətlə yetirilib. Müalicə alan 3 xəstə isə yoxa çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburq hərbi hospitalında itkin düşən üç  hərbçinin axtarışına başlayıblar. Bu zaman onlar iki tibb bacısının da meyitlərini aşkar ediblər.

İtkin hərbçilərdən biri Mojayski adına hərbi-kosmik akademiyanın tələbəsi olub.

Hüquq-mühafizə orqanlarındakı mənbədən onu da bildiriblər ki, tibb bacılarının meyitləri hərbi klinik hospitalın yaxınlığında aşkarlanıb.

Qərb hərbi dairəsindən isə mətbuata bildiriblər ki, tibb bacılarını qətlə yetirənlər artıq tapılıb. Hazırda Rusiya Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır.

   //ANS Press