Qazaxıstanda 46755 nəfər təxliyə edilib

7-04-2024, 03:35
71

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Qazaxıstanda güclü yağışlar yağıb. Strateji.az "haberler.com" saytına istinadən xəbər verir ki, güclü yağışlar sellərə səbəb olub.

Güclü sellər nəticəsidə 3171 ev sular altında qalıb. Selin baş verdiyi bölgəsə 46755 nəfər köməksiz vəziyyətdə qalıb. Xilas edilənlərdən 14589-u azyaşlı uşaqdır. Xilas edilənlərdən 12541 kritik zonalarda olduğu üçün helikopterlə xilas edilib. Helikopterlə təxliyə edilən759-u azyaşlı uşaqdır. Təxliyə prosesi zamanı fermerlərin 60 min heyvanı da xilas edilib.

Məsələ ilə bağlı Qazaxıstanın Prezidenti Cömərt Tokayev xalqa müraciət edib. 

O bildirib ki, bu təbii fəlakət ölkədə son 50 ilin ən böyük təbii fəlakətidir. Prezident əlavə edib ki, təbii fəlakətlə əlaqəli olaraq 10 bölgədə fövqaladə vəziyyət elan edilib. O qeyd edib ki, axtarış-xilasetmə tədbirləri və təbii fəlakətin aradan qaldırılması bütün tədbirlər görülür və görüləcək.


//Aytən Əsgərova, Strateji.az