Türkiyədə güclü partlayış: ölənlər və xeyli yaralı var

25-03-2016, 16:04
250

Türkiyədə güclü partlayış: ölənlər və xeyli yaralı varTürkiyənin Diyarbəkir vilayətinin Lice qəsəbəsində terrorçular Jandarma polis bölməsi komandirliyinə hücum ediblər. Gecə saatlarında terrorçular hücumu partlayıcı maddə ilə yüklü olan avtomobillə həyata keçirib.

Güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində 3 əsgər şəhid olub, 22 əsgər isə yaralanıb. Təxminən 15 dəqiqə atışmadan sonra terrorçular geri çəkilərə qaçmağa müvəffəq olublar.

Türkiyə mətbuatının yazdığına görə, bölgəyə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Bölgəyə giriş-çıxış tamamilə dayandırılıb. Silahlılara qarşı helikopterlərin də dəstək verdiyi əməliyyatlar başladılıb.


Hücumdan sonra hadisə yerinə gələrək araşdırmalara başlayan mütəxəssislər təxmin edir ki, avtomobildə 1,5 tona yaxın partlayıcı maddə olub. Diyarbəki birinci Sülh Cəza Hakimliyi terror hücumu ilə əlaqədar yayıma qadağa qoyub.

   //ANS Press