Dünən Aya qan sağıldı

28-09-2015, 10:31
399

Dünən Aya qan sağıldı
Dünən gecə Ay tutuldu. Ay tutulmaqla yanaşı, onun qarşısı qırmızı buludlu idi. Astronomlar belə vəziyyəti "qırmızı Ay", "Super Ay", "Qanlı Ay" adlandırırlar.
Tam tutulma zamanı Ayın qarşısı bütünlüklə alınmamışdı. O, al-qırmızı rəngdə idi. Günəşin birbaşa şüalarında Yerlə örtülən Ay planetimizin atmosferinə toxunaraq keçən şüalarla işıqlanırdı.

Yerin atmsoferi spektrin qırmızı-narınc hissəsini buraxdığından Ayın səthi qırmızı rəngdə görünürdü.
Budəfəki tutulma "Super Ay"la üst-üst düşdü. Ay planetimiz ətrafında dairəvi yox, elliptik orbita üzrə fırlandığından dünənki tutulma zamanı perigeydə, Yerə ən yaxın nöqtədə idi.

Beləcə, Ay ilin əvvəlindən bəri Yerə ən yaxın məsafədə, 357.877 kilometrdə idi.
Sonuncu dəfə tam ay tutulması 1982-ci ildə olmuşdu.
Növbəti dəfə Ayın tam tutulması 2033-cü ildə baş verəcək.
Xatırladaq ki, Ayın apogey və perigey nöqtələrindəki bucaq ölçüləri cəmi 5 faizdir. İnsan bu fərqi adi nəzərlə görmək iqtidarında deyil.
Dünənsə sübh saatlarında Ayın diski daha böyük görünürdü.

   //milli.az