Türkiyə DİN qarşısında partlayış törədənin kimliyi bilindi

4-10-2023, 11:24
106

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) qarşısında partlayış törədən terrorçunun kimliyi məlum olub.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalar və DNT testi nəticəsində Türkiyə DİN binası qarşısında partlayış törədən 2-ci terrorçunun Özkan Şahin adlı PKK üzvü olduğu müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl partlayışı törədən digər terrorçunun Həsən Oğuz adlı PKK üzvü olduğu müəyyən edilib.

Xatırladaq ki, oktyabrın 1-də saat 09:30 radələrində Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.




�����������