Dostunu timsah bilib, bıçaqlamaq istəyib

24-11-2022, 15:47
41

BUGUNBİLDİM.COM


Rusiyada, Permdə məhkəmə Yeni il gecəsi dostunu bıçaqlayaraq boğmağa cəhd edən yerli sakinə qarşı adam öldürməyə cəhdlə bağlı işə baxmağa başlayıb.

Hadisə Turgenev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində baş verib. Ziyafət zamanı mənzil sahibinə elə gəlib ki, masa arxasında onun yaxın dostu deyil, timsah oturub. Sonra ev sahibi televizorda gördüyü fəndləri xatırlayaraq "sürünən"i zərərsizləşdirməyə çalışıb.

"Elə bilib ki, timsahdır və öldürməyə çalışıb. Əvvəlcə onu boğmağa çalışıb. Qurban isə fəal müqavimət göstərə bilmədiyi üçün özünü ölü kimi göstərdi. Təqsirləndirilən şəxs hərəkətlərini dayandırdı, daha sonra zərərçəkmiş bu məqamdan istifadə edərək binanı tərk etməyə çalışdı", - deyə Perm şəhərinin Motovilikinski rayon prokurorunun böyük köməkçisi Denis Lukin nəşrə bildirib.

Lakin kişi təqibçinin əlindən qaça bilməyib - dostu ona yetişib və bıçaqlamağa cəhd edib. Həmin an müttəhimə elə gəlib ki, o, "timsahın qarnını yarmalıdır". Sonda zərərçəkən qaça bilib. Dövlət ittihamçısı hesab edib ki, qaça bilməsəydi, yoldaşı onu bıçaqlayardı.

Dekabrın 30-da təqsirləndirilən şəxsin ad günü olduğu üçün ziyafətin bir neçə gün davam etdiyi bildirilib.


//milli.az