Hamilə rəfiqəsinin qarnını yarıb körpəni çıxaran qadın edam ediləcək

17-11-2022, 21:11
11 150

BUGUNBİLDİM.COM


ABŞ-da məhkəmə hamilə rəfiqəsini öldürən və doğmamış uşağını bətnindən çıxaran Texaslı qadını ölüm cəzasına məhkum edib.

29 yaşlı Teylor Rene Parker 9 oktyabr 2020-ci ildə törədilən qətlə görə ölüm cəzasına məhkum edilib. O zaman qadın 21 yaşlı rəfiqəsini Riqan Henkoku çəkiclə döyərək öldürüb. Parker bunu qətlə yetirilənin doğmamış uşağını qaçırmaq xatirinə edib.

"USA Today"in məlumatına görə, Henkokun anası polislə əlaqə saxlayıb, polis onun cəsədini qarnında kəsiklə aşkar edib. Mərhumun bətnində körpə olmayıb. Həmin gün Parker saxlanılıb. O, qucağında uşaq meyiti ilə maşın sürüb. Göbək bağı qadının şalvarına ilişib. Qadın uşaq doğduğunu iddia edib.

Məhkəmə zamanı Parkerin vəkilləri körpənin ölü doğulduğunu iddia etsə də, tibbi müayinə onun ana cəsədindən çıxarıldıqdan sonra nəfəs aldığını göstərib.

Cinayətdən əvvəl Parker bir neçə ay ərzində hamilə olduğunu deyib, bətnindəki uşağının cinsini elan etmək üçün ziyafət verib və hamiləliyin ağırlaşmalarla getdiyi üçün qeysəriyyə əməliyyatı üçün Oklahoma gedəcəyini bildirib. İstintaqın məlumatına görə, o, bu yolla sevgilisini çaşdırmağa çalışıb.

Parker hazırda "Texas Bui County" həbsxanasının qadınlar bölməsində edam cəzasına məhkum edilib. Ona apellyasiya şikayəti vermək üçün hüquq məsləhətçisi təyin edilib.


  //milli.az