Bacılar bir neçə ay fərqlə əkiz uşaq doğublar

27-10-2022, 10:18
304

BUGUNBİLDİM.COM


ABŞ-da 29 yaşlı Meqan O'Brayen və onun 32 yaşlı bacısı Sara Seyler üç ay fərqlə əkizlər dünyaya gətiriblər.

Artıq bir övladı olan Sara kiçik bacısından bir neçə ay sonra hamilə qalıb. O, diqqəti ondan yayındırmaq istəmədiyi üçün əvvəlcə bu barədə ona danışmaqdan qorxduğunu etiraf edib. Qorxular boşa çıxıb: bacı yalnız sevinib və qərara gəlib ki, indi onlar daha da yaxınlaşa bilərlər.

Meqan daha sonra əkizlərin olacağını öyrənib. Bir müddət sonra Sara əkizlərə hamilə olduğunu öyrənib. "O, mənə ultrasəs göstərdi və orada iki körpə var idi. Gözlərimdən yaş axdı, o qədər gözəl idi ki, onun da əkizləri olacaq", - deyə Meqan xatırlayıb.

21 noyabr 2021-ci ildə adları Layla və Cozi qoyulan kiçik bacının qızları dünyaya gəlib. Sonra Saranın Lennon və Parker adlı oğulları dünyaya gəlib.

Megan deyib: "İlk dəfə əkizlərin anası olmaq və bu təcrübəni bacımla bölüşmək bizi çox sevindirdi".


//milli.az