Ukraynada 4 minə yaxın mülki şəxs ölüb

27-05-2022, 01:13
174

BUGUNBİLDİM.COM



Rusiyanın tammiqyaslı hücumu başlayandan bəri Ukraynada 3 974 mülki şəxs ölüb.

Nəzər Media.az "Report"a istinadən bildirir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.

Bildirilib ki, ölənlər arasında 1 497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 233 böyük var. Eyni zamanda, 4 654 nəfər yaralanıb.