Səudiyyə İŞİD-lə daha fəal savaş istəyir

12-02-2016, 13:59
261

Səudiyyə İŞİD-lə daha fəal savaş istəyirSəudiyyə Ərəbistanı ABŞ-a İŞİD-lə  mübarizədə köməyinin artırılmasını təklif edib.    
 
Pentaqonun nümayəndəsi Sem Kukun sözlərinə əsasən, rəsmi Ər Riyad İŞİD-ə qarşı mübarizədə öz hərbi tövhəsini genişləndirməyi təklif edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı əsasən İŞİD-in mövqelərinə endirilən hava zərbələrində rolununun artırlmasını təklif edib.  
 
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı ordusunun briqada generalı Suriyaya quru qoşun kontingentinin göndərilməsinin planlaşdırıldığını bildirib.

   //APA