300-dən çox məktəb bağlandı

26-01-2016, 15:49
262

300-dən çox məktəb bağlandıSlovakiyada müəllimlər aylıq maaşlarının 90 avro artırılması tələbinə hökumətin rədd cavabı verməsindən sonra tətil elan ediblər. Bu səbəbdən ölkədə 300-dən çox məktəbin bağlandığı bildirilir.

Slovakiyalı müəllimlər maaşlarının artırılmasından əlavə, təhsil sistemində islahatların aparılması üçün 400 milyon avro vəsaitin ayrılmasını tələb edirlər.

Tətil edən müəllimlər ölkənin paytaxtı Bratislavanın mərkəzi meydanına tolpaşıblar.

Slovakiyanın müstəqillik əldə etməsindən cəmi 26 il ötsə də, bu dövr ərzində ölkədə 19 təhsil naziri dəyişib.

Açıq mənbələrdən əldə etdiyimiz məlumata görə, Slovakiyada müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 avroya bərabərdir.

   //Virtualaz.org