"Azərbaycandakı bütün məscidlərdə rəsmi dini icmalar fəaliyyət göstərir, hər hansı qeyri-qanuni fəaliyyət və yaxud radikal təbliğat aparılmır"

30-09-2021, 14:05
358

Gala gecesi skandal – Güzel oyuncunun göğüsü dışarıda kaldı – FOTOĞRAFLAR





Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər ərzindəki uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycandakı bütün məscidlərdə rəsmi dini icmalar fəaliyyət göstərir, hər hansı qeyri-qanuni fəaliyyət və yaxud radikal təbliğat aparılmır.Bu barədə fikirləri Anar Məcidzadə bildirib.
Eyni zamanda, ölkəmizdə digər aidiyyəti qurumlarla birgə, o cümlədən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.
Bundan əlavə, İctimai televiziyada, Mədəniyyət Tv-də, Space Tv-də Dövlət Komitəsinin layihəsi olan, dini-mənəvi dəyərlərimizi təbliğ edən proqramlar yayımlanmaqdadır.
Ancaq təəssüf ki, yenə də vaxtı ilə müəyyən zərərli dini cəryanların qurbanına çevrilmiş, onlar tərəfindən "beynləri yuyulmuş" şəxslərə rast gəlinməkdədir.
Şübhəsiz ki, mütləq elm, həqiqi İslam cəhalətə, radikalizmə qalib gələcək.