Bakının əsas prospektlərində hərəkət çətinləşib

11-01-2016, 12:27
443

Bakının əsas prospektlərində hərəkət çətinləşibBu gün səhər saatlarından Bakı şəhərinin əsas prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, hazırda Moskva prospekti (mərkəzə tərəf), Tbilisi prospekti (mərkəzə doğru), Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətdə) və Nobel prospektində ("Nargilə" kafesinin qarşısından mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilib.

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, habelə Neftçilər prospektində (Kukla Teatrına doğru) nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilmir.

  //report