Bu gün neçə nəfərə peyvənd vurulub?

30-04-2021, 21:32
255


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 639 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 488 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 966 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 522 086 təşkil edir.

//Nəzər Media.az