Fevralın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 8-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Fevralın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
//Nəzər Media.az
U-17 Azərbaycan çempionatı keçiriləcək
Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar
Əfsanə meydana qayıdır - 58 yaşında
Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT
Xoşqədəm izləyicisinə çəmkirdi: "Babamın xəstəliyi canına tökülsün"
Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi - VİDEO
Kobaxidze prezidenti xarici agent adlandırdı
Nigarın dekolteli geyimi DİQQƏT ÇƏKDİ - FOTOLAR
Röya Ayxandan YENİ UĞUR - 6 milyondan çox izlənildi -
"Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm"
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
Qırğızıstan “TikTok”u qadağan edə bilər