Ötən il Yardımlıda 531 nikah qeydə alınıb

7-07-2020, 11:40
148


Ötən il Yardımlı rayonunda 531 nikah qeydə alınıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36 fakt artım deməkdir. Yaranmış nikah münasibətlərindən 75 fakt şəhər, 456 fakt isə kənd yerində qeydiyyatda olan əhali qrupuna aiddir.

Nəzər Media.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

Bildirilib ki, rayon üzrə əhalinin hər 1000 nəfərinə 7,9 bağlanmış nikah düşür. Yaş qruplarına görə nikahların sayı 18-24 yaşda kişilər arasında 163, 25-29 yaşda olanlar arasında 242, 30-34 yaşda olanlar arasında 82, 35-39 yaşda olanlar arasında 22, 40-44 yaşda olanlar arasında 12, 45 və yuxarı yaşda olanlar arasında 10-dur.

Qadınlar arasında nikaha daxil olmuş şəxslər 18 yaşadək 1, 18-24 yaşda 406, 25-29 yaşda 75, 30-34 yaşda 29, 35-39 yaşda 13, 40-44 yaşda 3, 45 və yuxarı yaşda 4 nəfərdir.

Diqqətə çatdırılıb ki, ötən il rayonda 36 boşanma halı qeydə alınıb. Son qoyulmuş nikah münasibətlərindən 4 fakt şəhər, 32 fakt isə kənd yerində qeydiyyatda olanlar arasında baş verib.

Kişilərdə yaş qruplarına görə boşanmaların sayı 18-24 yaşda 2, 25-29 yaşda 4, 30-34 yaşda 9, 35-39 yaşda 9, 40-44 yaşda 6, 45 və yuxarı yaşda 6-dır.

Qadınlar üzrə yaş qruplarına görə boşanmaların sayı 18-24 yaşda olanlarda 8, 25-29 yaşda 10, 30-34 yaşda 8, 35-39 yaşda 3, 40-44 yaşda 2, 45 və yuxarı yaşda 5-dir.