Gənc həmyerlimiz beynəlxalq komissiyaya üzv seçildi

16-09-2015, 16:28
664

Təbriz Raufoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur
Gənc həmyerlimiz beynəlxalq komissiyaya üzv seçildi
"Prezident təqaüdçüləri" Gənclər Birliyinin rəhbəri, Global Gənc Liderlər Akademiyasının Bakı üzrə əlaqələndiricisi Təbriz Raufoğlu "G20" Gənclər Assosiasiyasının Gənc Liderlər Komissiyasının üzvü seçilib.

"Azadinform"-a açıqlama verən Təbriz Raufoğlu qeyd edib ki, "G20" Gənclər Assosiasiyası ilə ilkin əlaqələr bu ilin may ayında Almaniyanın Münhen şəhərində keçirilən Gənclər Forumunda yaradılıb və qarşılıqlı maraqlar nəzərə alınmaqla ikitərəfli əməkdaşlıq davam etdirilib. Raufoğlu: "Bu təşkilat 100-dən artıq ölkədən nümayəndə heyətlərini özündə birləşdirir. Ona görə də adıçəkilən qurumla sıx əməkdaşlıq mühitinin realizəsi olduqca mühüm əhəmiyyətə malikdir", - deyə fikirlərini ifadə edib.

Qeyd edək ki, Təbriz Raufoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 2014-cü ildə Banqkokda keçirilən Beynəlxalq Gənc Liderlər Assambleyasında "Qlobal Gənc səfir" statusuna layiq görülüb.

   //Nəzər Media.az