Bakının bir neçə rayonunda qaz olmayacaq

16-09-2015, 14:43
335

Bakının bir neçə rayonunda qaz olmayacaq
Nəsimi, Yasamal və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərinin üzərində qaz tənzimləyici avandanlıqların quraşdırılması və tədbirlər planında nəzərdə tutulmuş dairəvi birləşmələrin yerinə yetirilməsi, həmçinin orta təzyiqli qaz xətti üzərində RDUK-200 tipli qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar sentyabrın 16-sı saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1-2-3-4-5-ci mikrorayonlarında, M.Cəlal, C.Məmmədquluzadə, H.Seyidzadə, A.Məhərrəmov küçələrinin, Tbilisi prospektinin və Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin, Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

   //Trend