Azərbaycan Ordusuna bir aya bir milyon yardım

1-12-2015, 14:34
313

Azərbaycan Ordusuna bir aya bir milyon yardımDekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 dekabr 2015-ci il tarixədək 68.710.527,53 AZN, 211.791,88 ABŞ dolları və 1493,69 avro vəsait daxil olub.

Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi 67.737.961,42 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro olub.

1 oktyabr 2015-ci il tarixədək vəsait 67.000.811,11 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro, 1 sentyabra kimi isə 66.526.420,27 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro olub.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

1 avqust 2015-ci il tarixədək fondda 65 milyon 933 min 27,17 AZN, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait olub. İyuldan bəri Silahlı Qüvvələrə Yardım Fonduna 856 min manat yardım edilib. Belə ki, iyulun birinədək fonda 65 milyon 77 min 66 AZN, 211 min 791 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

   //ANS Press