Azərbaycanlı milyarderin xalq artistinə hədiyyə etdiyi villa geri alınıdı

27-11-2015, 11:10
440

Azərbaycanlı milyarderin xalq artistinə hədiyyə etdiyi villa geri alınıdıİş adamı Telman İsmayılovun Rusiyanın xalq artisti Nikolay Baskova hədiyyə verdiyi villa sənətçinin əlindən alınıb.

Bu barədə xalq artisti özü məlumat verib. O, məsələyə Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsindən danışarkən aydınlıq gətirib.

"Türkiyədə nə istirahət etmək, nə də işləmək arzum var. Bu villa mənə 3 il əvvəl ad günümdə Telman İsmayılov tərəfindən hədiyyə edilib. Villa "Mardan Palace" otelinin ərazisində yerləşir. Bir müddət əvvəl otel satıldığı üçün villa əlimdən alınıb”.

Xalq artisti bildirib ki, hazırda Türkiyə ilə heç bir əlaqəsi yoxdur.

Telman İsmayılov villanı Nikolay Baskovun 37 yaşı münasibəti ilə təşkil edilən mərasimdə hədiyyə edib. Həmin villada bir sutka qalmağın qiyməti 7000 dollar idi. Azərbaycanlı milyarder Telman İsmayılov borclarını ödəyə bilmədiyi üçün müflis olub. Rusiyanın bir çox bankları ölkənin Arbitaj Məhkəməsinə müraciət edərək, Telman İsmayılovun müflis elan olunmasını tələb ediblər.

Telam İsmayılova böyük şöhrət qazandıran "Mardan Palace" oteli 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. "Mardan Palace" otelinin inşasına 1.4 milyard dollar pul xərcələnib. Otelin açılışına Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqa məhşurlar gəliblər.

Otel noyabrın 2 –də 360 milyon 50 min lirəyə (129 milyon dollar) satılıb. Amma hərraca çıxarılan ilk vaxtlarda otelin qiyməti 719 milyon lirə (təqribən 257 milyon dollar) göstərilirdi. Bütün bunlara baxmayaraq Telman İsmayılov məhkəmənin qərarı ilə razılaşmır və otelini geri almaq üçün müvafiq orqanlara müraciət edib.

"Mardan Palace" otelini Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Al Saud Antalyada
keçirilən G-20 sammitində 1 neçə günlük kirayəyə götürmüşdü. Otelin 1 gecəsi 15 min dollara qiymətləndirilir. Otel 2 ay əvvəlcədən bron olunub. Kral oteldə 3 gün qalıb.

   //ANS Press