Azərbaycanda orta aylıq maaş artdı

18-11-2015, 12:27
446

Azərbaycanda orta aylıq maaş artdıEyni zamanda, əmək haqqı dövlət sektorunda 357,2 manat, özəl sektorda isə 605,9 manat olub

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 461,1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib.

Komitədən bildirilib ki, əmək haqqı neft sektorunda 2107,0  manat, qeyri-neft sektorunda 421,1 manat təşkil edib.
 
Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,2 manat, özəl sektorda isə 605,9 manat olub.

Komitədən onu da qeyd ediblər ki, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

   //oxu.az