Sabah qaz olmayacaq

2-09-2015, 00:38
231

 Sabah qaz olmayacaq

Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, diametri 325 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin və diametri 108 və 159 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 2-si saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal yaşayış massivində, Binəqədi rayonunun Sulutəpı qəsəbəsində və Səbail rayonunun 20-ci sahə və 74-cü ərazisində təbii qazın verilişində fasilələr yaranacaq.

  //ANS Press