Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
//Nəzər Media.az
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
Ərdoğan İlham Əliyevə zəng edib
"Onu 40 il gözləmişəm"
Əməkdar artistin qızının xəstəliyi var imiş - FOTO
Türkan canlıda Vəfaya SATAŞDI: "Ağzınızı cıraram..." - VİDEO
11 ildən sonra cüdo üzrə Dünya çempionatından qızıl medal
Akrobatlarımızın parlaq çıxışları davam edir
İki güləşçimiz Avropa çempionatının finalında
Azərbaycanlı fotoqraf nüfuzlu beynəlxalq quruma üzv seçilib
Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib
Mayın 20-nin ən xoşbəxt BÜRCÜ: Xoş sürprizlərlə dolu bir gün olacaq
Volkan Demirel 14 illik xanımından boşanır
Deputat: “İşsiz kişi aliment pulunu necə ödəyəcək?”
“Oğlum quran avazlıdır, dərviş toylarında oxuyur”
Əməkdar artist Maykl Cekson obrazında - VİDEO