Virtual reallıq qurğularının satışları artır

30-10-2018, 11:02
320


"Digitimes Research" tədqiqat şirkətinin proqnozuna görə, 5 il ərzində artırılmış və virtual reallıq şlemləri üzrə qlobal bazarın həcmi hər il 52,7% yüksələcək və 2023-cü ildə 40 milyona yaxınlaşacaq.

Ekspertlərin sözlərinə görə, 2018-ci ildə kompüter və ya başqa mənbələrə qoşulma olmadan işləyən avtonom virtual qurğular bazarda əsas istiqamətə çevrilib, çünki öz displeyi olmayan cihazların tədarükü virtual reallığın cəlbedici imkanları məhdud olduğuna görə kəskin azalıb. Bundan başqa, istehsalçılar kabellə işləyən virtual reallıq qarniturunun hazırlanmasını azaldıblar. Bu, belə məhsullarda olan məhdudiyyətlə izah edilir.

2018-ci ilin mayında "Qualcomm Snapdragon XR1" qarışıq reallıq platformasının istifadəyə verilməsi istehsalçılar tərəfindən avtonom artırılmış və virtual reallıq aparatlarının işlənib hazırlanmasını sürətləndirməyə imkan yaradıb.

"International Data Corporation" (IDC) analitiklərinin proqnozuna əsasən, 2018-ci ildə qlobal bazara təxminən 4,2 milyon virtual və artırılmış reallıq qurğusu tədarük ediləcək. Bu, 2017-ci illə müqayisədə 31% yüksəkdir. Yaxın 5 ildə sözügedən bazar ildə təxminən 88% yüksələcək və 2022-ci ildə 53,1 milyon göstəricisinə yaxınlaşacaq.

//milli.az