Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
//Nəzər Media.az
Narkotik alveri ilə məşğul olan 3 nəfər saxlanıldı
Minik avtomobili aşdı: 2 yaralı
32 nəfər PKK üzvü məhv edildi
Şiddətli yağışlara görə hasar çökdü: 1 ölü, 3 yaralı
12 min nəfər insan təxliyyə edildi
Brazilyada güclü daşqında ölənlərin sayı artı
Yük maşını şagirlərin üzərinə sürdü: 29 yaralı
Pakistanda avtobus dərəyə aşdı: 20 ölü
Serbiyada hökumət təsdiqləndi: Kabinetdə ABŞ-ın sanksiyasına məruz qalan 2 nəfər də var
Aİ Livana qanunsuz mühacirlərlə mübarizə üçün 1 milyard avroluq dəstək ayırdı
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 3 minə yaxın şəxsə 2 min manat pul veriləcək
"Qurban olsunlar adıma"” – VİDEO
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
"İlk dəfədir ki, saxta bir üz taxmıram"