“Sağlam Həyat – Sağlam Gələcək” layihəsi çərçivəsində tədbirlər keçirilib

28-07-2017, 12:17
355


Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində “Sağlam Həyat – Sağlam Gələcək” layihəsi çərçivəsində tədbirlər keçirilib. Keçirilən tədbirlərdə təşkilatın icraçı direktoru Rəşid Paşalı, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, ekspert Asim Vəliyev və başqaları iştirak ediblər.
Tədbirlərdə vurğulanıb ki, layihənin keçirilməsində məqsəd birbaşa qoşunların təmas xəttində- Ağdam rayonundakı məcburi köçkün uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işi aparmaq və seminarlar təşkil etməkdən ibarətdir.
7 gün müddətində davam edən  və 150 nəfər gənci bir araya gətirəcək layihədən birbaşa qoşunların təmas xəttində, Ağdam rayonunun məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan təxminən 1000 nəfərdən artıq məcburi köçkün uşaq və gənclər faydalancaq.


   //Nəzər Media.az