Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
BŞTİ-dən verilən məlumata görə, hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur.
Bundan əlavə, 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.
Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.
BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta, 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
//milli.az
Tanınmış model azərbaycanlı iş adamına ƏRƏ GETDİ - VİDEO - FOTOLAR
Gecə baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜSÜ
Tacir kiçik oğlu üçün AĞLADI - VİDEO
Məktəbdə qızın hamilə qalmasını qeyd etdilər, qalmaqal qopdu - VİDEO
Nəqliyyat vasitələri toqquşdu: 5 yaralı
104 nəfər qanunsuz mühacir saxlanılıb
Motosiklet və avtomobil toqquşdu: 1 yaralı
Hindistanda 7 nəfər üsyançı öldürüldü
İki motosiklet toqquşdu: 1 ölü, 3 yaralı
39 nəfər qanusnuz mühacir saxlanıldı
Yol qəzası: 4 yaralı
İsrailin hücumları səbəbindən Qəzzada 13 fələstinli həyatını itirdi
İsrail Hizbullahın hərbi hədəflərinə zərbələr endirdi
İki mikroavtobus toqquşdu: 7 yaralı
Husilər ABŞ və İsrail gəmilərinə hücum edib