Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha olan hava proqnozu açıqlayıb.
Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 557 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
//Nəzər Media.az
104 nəfər qanunsuz mühacir saxlanılıb
Motosiklet və avtomobil toqquşdu: 1 yaralı
Hindistanda 7 nəfər üsyançı öldürüldü
İki motosiklet toqquşdu: 1 ölü, 3 yaralı
39 nəfər qanusnuz mühacir saxlanıldı
Yol qəzası: 4 yaralı
İsrailin hücumları səbəbindən Qəzzada 13 fələstinli həyatını itirdi
İsrail Hizbullahın hərbi hədəflərinə zərbələr endirdi
İki mikroavtobus toqquşdu: 7 yaralı
Husilər ABŞ və İsrail gəmilərinə hücum edib
50 nəfərdən çox qanunsuz mühacir itgin düşdü
Türkiyə Ruttenin namizədliyini dəstəkləyir
İndoneziyadakı vulkan yenə də aktivləşdi
Ayı hücumuna qarşı sünü zəka proqramı
ABŞ Prezidenti və Qətər əmri arasında telefon danışığı olub