Estetik əməliyyatdan sonrakı görünüş

23-10-2015, 13:44
529

Estetik əməliyyatdan sonrakı görünüş Estetik əməliyyatlar insan həyatında bir çox problemlər yaradır.

Estetik əməliyyatlar dövrümüzdə artıq dəb halını alıb. Hal-hazırda bir çox insan gözəlşmək niyyəti ilə estetik əməliyyatlar etdirir. Lakin bəzən insanların istəyi nəticə ilə üst-üstə düşmür. Necə deyərlər "qaş düzəldən yerdə vurub göz çıxarırlar".

Təcrübədə göstərilir ki, plastik əməliyyat etdirənlərin bir qismi əməliyyatdan sonra əvvəlki vəziyyətlərinə qayıtmaq istəyir. Bu isə ya çox çətin, ya da ümumiyyətlə mümkünsüz olur.

Estetik əməliyyatlara ən çox tanınmış ulduzlar müraciət edirlər. Təbii ki, aralarından bəziləri cərrahiyə əməliyyatlarından sonra tanınmaz hala düşür. Tibb üzrə mütəxəsis Adil Qeybulla qeyd edir ki, yaranan fəsadlarla əlaqədar süd vəzinə və ya bədənin digər nahiyyələrinə silikonların qoyulması üçün lisenziya yoxdur. Hətta bu maddənin istehsal olunduğu Amerikada belə, toxumaya gelin yeridilməsi qadağandır.

Adil Qeybulla bildirdi ki, bəzən insanlar fiziki problemi olmamasına baxmayaraq əməliyyata daxil olmağa can atırlar. Bu səbəbdən həkim xarici görünüşündən narazı olanları və onu əməliyyatla aradan qaldırmağa çalışanları psixoloq mütəxəssislərlə söhbət etməyə çağırır.

Psixoloq Elnur Rüstəmov isə düşünür ki, bir neçə dəfə estetik əməliyyat etdirmək həmin insanın ruhi vəziyyətində olan patalogiyanın göstəricisidir.

Hər halda estetik prosedur da əməliyyatların bir növüdür. Bunun isə nəticəsi çox vaxt ürək açan olmur. Bir çoxları gözəllik arxasınca qaçıb sağlamlığından məhrum olur.

   //ANS