Mübariz Mənsimov 35 tanker aldı

11-01-2017, 17:11
39

Mübariz Mənsimov 35 tanker aldıAzərbaycanlı biznesmen Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupuna daxil olan "Palmali Dənizçilik" ikinci əl tankerlər alıb.

Şirkət Avropada yerləşən banklardan 35 ədəd tanker satın alıb. "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu məlumatı təsdiqləsə də, tankerlərin qiymətini açıqlamayıb. Onun sözlərinə görə, gəmilərin qiyməti məsələsində məxfilik barədə razılaşma əldə edilib. Məlumata görə, sözügedən tankerlərdən 2-si bu ayın sonuna qədər, 10-u fevral, yerdə qalanları isə may ayında "Palmali"nin donanmasına qatılacaq.

   //Qafqazinfo