Azərbaycan İrana kredit verəcək

25-11-2016, 21:46
293

Azərbaycan İrana kredit verəcəkAstara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
 
C.Qurbanovun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.
 
"Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq", - deyə C.Qurbanov bildirib.
 
İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: "İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq".

   //APA