Azərbaycan – Sankt-Peterburq biznes forumu keçirilib

3-04-2024, 03:56
58

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Forumda Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında tərəfdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda “Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir” biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, ticarət, səhiyyə, turizm, tikinti, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Rusiya ilə iqtisadi münasibətlərimizin bütün sahələrdə artan xətlə inkişaf etdiyini bildirib. AZPROMO-nun dəstəyi ilə Rusiyanın subyektləri ilə biznes forumların, ölkənin müxtəlif regionlarına mütəmadi olaraq ixrac missiyalarının təşkil olunduğu, yerli sahibkarların Rusiyada keçirilən sərgilərdə iştirakının təmin edildiyi vurğulanıb. Yusif Abdullayev diqqətə çatdırıb ki, bu il də Rusiyaya və Sankt-Peterburq şəhərinə ixrac missiyaların təşkili planlaşdırılır.

Sankt-Peterburq şəhərinin sənaye siyasəti, innovasiyalar və ticarət komitəsi sədrinin birinci müavini Aleksandr Sitov qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi, gəmiqayırma, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, Azərbaycanla Sankt-Peterburq arasında ticarət dövriyyəsi ötən il 30% artıb və ölkəmiz MDB regionunda şəhərin əsas meyvə-tərəvəz tədarükçüsüdür.

Tədbirdə həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ikitərəfli ticarət və investisiya münasibətlərinin genişləndirilməsinə dair çıxış ediblər.

 Forum B2B formatda görüşlərlə davam edib.