Bakı metrosunda məşhurlaşan qız: "Kişiyə yer verməli idim?" - FOTO

27-09-2015, 15:59
1 819

Bakı metrosunda məşhurlaşan qız: "Kişiyə yer verməli idim?" - FOTO
Bakıda metroda iti ilə əyləşən qız bir günün içində sosial şəbəkələrin "qəhrəman"ına çevrilib.

Ötən gün sosial şəbəkələrdə gənc qızın hərəkəti müzakirələrə səbəb olub. Müzakirələrə səbəb isə qızın itini yanında otuzdurub, yaşlı kişiyə yer verməməsini göstərən foto olub.

İnternet istifadəçiləri arasında qızı tənqid edənlərlə yanaşı, dəstək olanlar da az olmayıb. Məsələ ilə bağlı gənc qız öz şəxsi İnstagram səhifəsinda "Nə etməli idim? Kişiyə yerə verməli idim?" yazıb.
Bakı metrosunda məşhurlaşan qız: 'Kişiyə yer verməli idim?' - FOTO

   //baku.ws