ATU dörd tələbəsini Türkiyəyə göndərir

19-09-2023, 20:30
62

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

Telefon: +99450-339-01-64


Azərbaycan Tibb Universitetində (ATU) Tibb bacısı ixtisası üzrə təhsil alan 4 tələbə universitet xətti ilə payız semestri üçün Türkiyəyə praktikaya göndərilir. Məlum olduğu kimi, bir neçə ildir ATU-nun İctimai səhiyyə fakültəsinin tərkibində Tibb bacısı ixtiasası yaradılıb. Orhun mübadilə proqramı çərçivəsində 4 tələbəmiz payız semestrini Türkiyənin Ege və Qazi universitetlərində keçirəcək.

Tələbələr və onların valideynləri ilə görüşən ATU-nun rektoru, professor Gəray Gəraybəyli yeni ixtisasın önəmindən danışıb: "Universitetimiz üçün Tibb bacısı ixtisası üzrə ali təhsil vermək çox aktual idi. Artıq xeyli müddətdir ki, Avropada, Türkiyədə, dünyanın inkişaf etmiş ölkələrində bu ixtisasa böyük önəm verilir".

Rektor əlavə edib ki, bu il Tibb bacısı ixtisası üçün magistratura master proqramı da hazırlanıb.

Görüşdə iştirak edən valideynlər tələbələr üçün yaradılan bu imkana görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Orhun mübadilə proqramı Türk Universitetləri Birliyinə üzv olan təhsil müəssisələri arasında həyata keçirilir. ATU bu təşkilatın qurucularından biri və üzvüdür.


//milli.az




�����������