FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU
Türkiyədə Təhsil
Avropada Təhsil
İngilis Dili Kursu
YÖS Kursları
Telefon: +99450-339-01-64; +99450-315-38-86
BMT nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına endikdən sonra ermənilərin işğal müddətində törətdikləri dağıntılarla tanış olmaları üçün şəhərin mərkəzinə aparılıblar.
Bu barədə Trend-in Füzuliyə ezam olunmuş müxbiri xəbər verir.
Dağıntıların hərbi əməliyyatların deyil, planlı qarətin nəticəsi olduğu qonaqların nəzərinə çatdırılıb. Ermənilər tərəfindən törədilmiş vandalizmi və azərbaycanlı qəbirlərinin təhqir olunmasını təsdiqləyən çoxlu sayda faktlar nümayiş olunub.
Ziyarətçilər işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı tikinti və bərpa işləri barəsində, xüsusən Özbəkistan və Qazaxıstan hökumətlərinin dəstəyi ilə inşa edilməkdə olan ümumi təhsil müəssisəsi və incəsənət məktəbi haqqında məlumatlandırılıblar.
Qonaqlar Füzuli şəhərinin mərkəzi ilə tanış olduqdan sonra Ağdama yola düşüblər.
Xatırladaq ki, bu gün Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir. Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.