Neftimiz 6 dollara yaxın bahalaşdı

23-11-2022, 13:42
95

BUGUNBİLDİM.COM


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 91,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,9 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 5,89 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,2 dollar/barel çoxdur.