DADP Xocalı soyqırımını anıb - FOTOLAR

26-02-2016, 14:47
490

DADP Xocalı soyqırımını anıb - FOTOLARBu gün Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qərargahda Xocalı soyqırımının 24-cü il ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Xocalıdan olan məcburi köçkünlər, partiya üzvləri, ziyalılar və KİV-in nümayəndələri iştirak ediblər.
Öncə anım mərasimində Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra DADP sədri Fatma xanım Əliyeva Xocalı faciəsinin tariximizə qanla yazıldığını diqqətə çatdırıb. Sədr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən törədilmiş bu dəhşətli hadisə və onun qurbanları barədə məlumat verib.
Bildirib ki, bu hadisələrin dünya dövlətləri tərəfindən tanınmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Diqqətə çatdırılıb ki, DADP Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir, onların Xocalıda törətdiklərini soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün görüşlər, yığıncaqlar keçirir, partiyanın gənc üzvləri təbliğat işləri aparır.
Anım mərasimində iştirak edənlər dəhşətli faciədən, erməni vəhşiliklərindən söz açıblar. Onlar bildiriblər ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Tədbirdən sonra partiya rəhbərliyi və üzvlər Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət ediblər.

Başda partiya sədri F.Əliyeva olmaqla DADP rəhbərliyi abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
DADP Xocalı soyqırımını anıb - FOTOLAR
DADP Xocalı soyqırımını anıb - FOTOLAR
DADP Xocalı soyqırımını anıb - FOTOLAR