Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır

23-02-2022, 21:23
112

BUGUNBİLDİM.COM



Martdan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq.

Nəzər Media.az xəbər verir ki, bunu "report"a Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Məlumata görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyə çatdırılacaq.

Qeyd edək ki, reyslərin "Boeing 757-200" təyyarələri ilə 3,5 saat müddətində həyata keçiriləcəyi gözlənir.

Xatırladaq ki, Bakı-Şarm Əl-Şeyx reysi 2019-cu ilin yayında "SCAT Airlines" aviaşirkəti tərəfindən açılıb. Daha sonra isə pandemiya səbəbindən reys dayandırılıb.