Bahar Muradova ümidini itirib

23-10-2015, 17:32
97

Bahar Muradova ümidini itiribAzərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Minsk qrupunun fəaliyyətini tənqid edib.

"Minsk qrupu həmsədrləri olan ölkələr arasında münasibət və onların hər birinin ayrı-ayrılıqda fəaliyyətinin yaratdığı problemlər və çətinliklər, mövqelərin bir çox hallarda bəyanatlara uyğun gəlməməsi deməyə əsas verir ki, bunlar Dağlıq Qarabağ problemi ilə bağlı hələ yaxın zamanlarda üst-üstə düşən məqamlar sərgiləyə bilməyəcəklər". Bunu dailykarabakh saytına açıqlamasında Minsk qrupu həmsədrlərinin gələn həftə regiona növbəti səfərini şərh edərkən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova deyib ki, həmsədrlərin növbəti səfərinin hansısa ciddi və nəzərəçarpacaq bir nəticə verəcəyini düşünmür: "Artıq biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərinin sayını itirmişik. Ona görə də həmsədrlərin növbəti səfəri ərəfəsində nikbin proqnozlar verə bilmirəm".

Vitse-spikerin sözlərinə görə, bu səfər heç də bütün problemləri həll etməyəcək.

   // dailykarabakh