Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

16-02-2017, 23:19
21

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcəkFevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

   //milli.az