Dövlət müşaviri: "Sağlam dini mühitimizi pozmağa cəhd göstərən qüvvələr var"

17-01-2017, 12:17
197

Dövlət müşaviri: "Sağlam dini mühitimizi pozmağa cəhd göstərən qüvvələr var"Azərbaycan dövləti ölkəmizin sağlam dini mühitini pozmağa cəhd göstərən bədxah qüvvələrin üstündən xətt çəkə bilir.

Bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycanın sağlam dini mühitini pozmağa cəhd göstərən qüvvələr var.

K.Abdullayevin sözlərinə görə, Azərbaycanın inkişafını görmək istəməyən bədxah qüvvələr ölkəmizdə qarışıqlığın olması üçün çalışırlar:

"Amma bu gün Azərbaycan dövləti ona görə güclüdür ki, bütün bunların üstündən xətt çəkə bilir və ölkəmizi inkişaf yoluna apara bilir. Qarşıdakı illər ərzində də Azərbaycandakı sağlam dini mühitin pozulacağına inanmıram. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük müdrikliklə 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi onu göstərdi ki, Azərbaycan dini müstəvidə həm islam ölkələri daxilində, həm də islam ölkələri ilə digər konfessiyaların daşıyıcıları olan ölkələr arasında islam həmrəyliyinin mərkəzinə çevriləcək".

   //Trend