Günorta yuxusu uşaqlarda nitqin inkişafına müsbət təsir göstərir

17-02-2017, 11:21
37

Günorta yuxusu uşaqlarda nitqin inkişafına müsbət təsir göstərirABŞ-ın Arizona Universitetinin alimləri günorta yuxusunun uşaqlarda nitqin inkişafına müsbət təsir etdiyini müəyyənləşdiriblər.

40 uşağın iştirakı etdiyi tədqiqatlarda körpələr iki qrupa ayrılıblar. Birinci qrupun iştirakçıları mütəmadi olaraq öyrəndikləri bir neçə sözdən sonra günorta yuxusuna yollanıblar. Digər qrupun uşaqları isə eyni sözləri öyrəndikdən sonra yatmağa deyil, oyun meydançasına və ya yeməyə aparılıblar. Araşdırmalardan günorta yatan uşaqların digərlərinə nisbətən öyrəndikləri sözləri daha yaxşı qavradıqları məlum olub.

Bununla yanaşı alimlər belə qənaətə gəliblər ki, uşaqların böyüklərdən fərqli olaraq sutkada səkkiz deyil, 10-12 saat yatmaları vacibdir.

Onların fikrincə məhz bu yuxu rejiminə əsasən tam dincəlməklə yanaşı, uşaqlarda idrak qabiliyyəti də daha yaxşı inkişaf edir.

  //AzərTAc