Adi qol saatı 12 milyon dollara satıldı

16-02-2017, 15:28
12

Adi qol saatı 12 milyon dollara satıldıDünən Cenevrədə keçirilmiş hərracda "Patek Philippe" şirkətinin istehsalı olan "Patek Philippe 1518" qol saatı 12 milyon dollara satılıb. 13 dəqiqə çəkən hərrac başa çatandan sonra alıcının adı açıqlanmayıb.

"Patek Philippe 1518" qol saatı qızıl və ya platindən deyil, brilyant və ya almaz qaşlarla bəzədilməyib. Əksinə, "adi" qol saatıdır. Sadəcə, paslanmaz dəmirdən hazırlanmış xronoqrafdır.

1943-cü ildə hazırlanmış bu qol saatını unikal edən dünyada cəmi 4 ədəd olmasıdır. Üstəlik, İsveçrənin məşhur "Patek Philippe" şirkəti 1970-ci illərədək paslanmaz poladdan qol saatları buraxmırdı.

Özəl kolleksiyada saxlanan və indiyədək heç bir yerdə nümayiş olunmayan unikal qol saatı xronoqraflar arasında "kral" sayılır.

1851-ci ildə yaranmış "Patek Philippe" şirkəti dünyanın ən nüfuzlu, məşhur saat brendlərindən biridir.

   //milli.az