Qətər şahzadəsi 7 kişi ilə yaxalandı – SEKS QALMAQALI

24-08-2016, 21:12
864

Qətər şahzadəsi 7 kişi ilə yaxalandı – SEKS QALMAQALIBöyük Britaniyanın "Financial Times” qəzeti böyük miqyaslı qalmaqalın üstünü açıb.

Britaniya xüsusi xidmət orqanları Londondakı "Excelsior”in şübhəli nömrəsinə daxil olublar. Gördükləri səhnə xüsusi xidmət orqanları əməkdaşlarını heyrətləndirib. Belə ki, onlar hotelin sözügedən nömrəsində Qətər şahzadəsinin 7 kişi ilə eyş-işrətlə məşğul olduğuna şahidlik ediblər.

Qəzetin məlumatına görə, Britaniya xüsusi xidmət orqanı (Mİ-6) Skotlend-Yardın köməyi ilə hotelin nömrəsinə soxulublar və qadın 7 kişi ilə bihörmət, ləkələnmiş şəkildə aşkarlanıb. Onların sənədlərinin istifadəçi eyniləşdirməsi (ID) aparılandan sonra məlum olub ki, qadının Qətər şahzadəsi Şeyx Salva olduğu məlum olub. Onun atası Qətərin sabiq baş naziri Həməd bin Casim bin Caber əl-Tanidir.
Əvvəlcədən aparılmış araşdırma nəticəsində məlum olub ki, şahzadə özünün  güman olunan səudiyyəli vasitəçisinə külli miqdarda pul qarşılığında qrup halında sekslə məşğul olmaq üçün onun nömrəsinə fiziki atributlara malik 7 kişi gətirməyi xahiş edib. Şahzadə həmçinin, vasitəçidən təhlükəsizlik məqsədilə onun yanında qalmağı xahiş edib. O, kişilərdən hansısa birinin güc tətbiq edəcəyindən qorxub.

Şahzadə bildirib ki, o öz ölkəsinin reputasiyasına xələl gətirmək niyyətində olmayıb və o, Britaniyanın heç bir qanununu pozmayıb. Buna baxmayaraq, polislər bunun qanunazidd olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, məhkum edilmiş şəxsləri, o cümlədən kişiləri fahişəliyə sövq etmək qanunla qadağandır.

Şahzadənin diplomatik toxunulmazlığı olduğu üçünü ona qarşı cinayət işi açılmayıb. Ancaq Qətər səfirliyi hadisə barədə xəbərdar edilib.

Qətər səfirliyi bu məsələnin üzə çıxmaması üçün "Financial Times”a rüşvət təklif edib, ancaq qəzet bundan imtina edib və olayı ictimailəşdirib.

Qeyd edək ki, Avropanın bir sıra nəşrlərində yer alan bu xəbər rəsmi təsdiqini tapmayıb.
 
  //Teleqraf.com